İdman

Avropada günün ən maraqlı futbol qarşılaşmaları – AFİŞA

Sharing is caring!


Bu gün Avropanın yaşıl meydanlarında bir sıra maraqlı futbol oyunları keçiriləcək.

Oxu.Az xəbər verir ki, İngiltərə Premyer Liqasında son çempion “Mançester Siti” “Şeffild Yunayted”in qonağı olacaq.

Matç saat 17:00-da (Bütün oyunların saatı Bakı vaxtı ilə göstərilib – red.) başlayacaq.

Saat 19:30-da turun mərkəzi oyunu keçiriləcək. “Liverpul” “Nyukasl”ın qonağı olacaq.

Eyni saatda Almaniya Bundesliqasında son çempion “Bayern” meydana çıxacaq. Komanda “Auqsburq”u qəbul edəcək.

İtaliya A Seriyasında “Yuventus” öz meydanında “Bolonya”nı sınağa çəkəcək. Matçın start fiti saat 20:30-da səslənəcək. Saat 22:45-də son çempion “Napoli” “Sassuolo”nun müqavimətini qırmağa çalışacaq.

İspaniya La Liqasında “Barselona” çətin “Vilyarreal” səfərində meydana çıxacaq. Görüş saat 19:30-da başlayacaq.

İngiltərə Premyer Liqası

17:00. “Şeffild Yunayted” – “Mançester Siti”

18:30. “Nyukasl” – “Liverpul”

Almaniya Bundesliqası

19:30. “Bavariya” – “Auqsburq”

İtaliya A Seriyası

20:30. “Yuventus” – “Bolonya”

22:45. “Napoli” – “Sassuolo”

İspaniya La Liqası

19:30. “Vilyarreal” – “Barselona”

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir