İdman

“Mançester Yunayted”dən möhtəşəm geri dönüş, “Arsenal”dan heç-heçə – VİDEO

Sharing is caring!


İngiltərə Premyer Liqasında III tur davam edir.

Oxu.Az xəbər verir ki, “Mançester Yunayted” öz meydanında “Nottinqem Forest” üzərində əzmkar qələbə qazanıb.

İlk dörd dəqiqə ərzində iki top buraxan “qırmızı şeytanlar” geri dönüş etməyi bacarıblar. 17-ci dəqiqədə Kristian Eriksen fərqi azaldıb. 52-ci dəqiqədə Kazemiro bərabərliyi təmin edib. 67-ci dəqiqədə “Nottinqem Forest”in heyətində Co Uorrol qırmızı vərəqə ilə meydandan qovulub. 76-cı dəqiqədə penaltini dəqiq yerinə yetirən Brunu Fernandeş “mankunyanlar”a qələbə qazandırıb – 3:2.

“Mançester Yunayted” altı xalla beşinci, “Nottinqem Forest” üç xalla 14-cüdür.

“Arsenal” isə mövsümdə ilk dəfə xal itkisi ilə üzləşib. Öz meydanında “Fulhem”lə qarşılaşan “topçular” bol qollu heç-heçəyə razılaşıblar – 2:2.

Hesabı birinci dəqiqədə qonaqların heyətində Andreas Pereyra açıb. 70-ci dəqiqədə Bukayo Saka penaltini dəqiq yerinə yetirməklə bərabərliyi təmin edib. Üç dəqiqə sonra Eddi Nketia “Arsenal”ı hesabda önə keçirib. 83-cü dəqiqədə Kelvin Bassinin qırmızı vərəqə almasından sonra “Fulhem” azlıqda mübarizə aparıb. Lakin 87-ci dəqiqədə Joau Palinya qonaqlara xal qazandıran qolu vurub – 2:2.

Hazırda yeddi xalı olan “Arsenal” ikinci pillədə qərarlaşıb. “Fulhem” dörd xalla 11-cidir.

Faiq Tahirov

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir