İdman

Atıcılıq üzrə 53-cü dünya çempionatının səngər növü üzrə qalibləri bilindi – FOTO

Sharing is caring!


Bakıda keçirilən atıcılıq üzrə 53-cü dünya çempionatı davam edir.

Oxu.Az xəbər verir ki, bu gün stend atıcılığının səngər növü üzrə komanda yarışında qaliblərinin adına aydınlıq gəlib.

Portuqaliyanı təmsil edən Joao Azevedo ilə Maria İnes Koelyo de Barros qızıl medal qazanıb.

Gümüş medallar ABŞ-dan olan Skott Derrik Meynlə Leyqanne Raçel Tozierə qismət olub. Bürünc medalları isə Qazaxıstanı təmsil edən Danile Poçivalovla Mariya Dmitriyenko bayram edib.

Mükafatlandırma mərasimindən sonra Joao Avezedo təəssüratlarını media nümayəndələri ilə bölüşüb:

“Ötən dəfə Dünya kubokunda gümüş medal qazanmışdıq, amma bu dəfə “qızıl” bizim oldu. Özümüzü xoşbəxt hiss edirik. Digər əyarlarda medalları qazanmışdıq. Bu, bizim bir yerdə ikinci qızıl medalımızdır. Nəzərə almalıyıq ki, yeni komandayıq”.

Portuqaliyalı atıcı Bakıyla bağlı xoş fikirlər səsləndirib:

“Azərbaycana beşinci səfərimdir. İlk dəfə Qəbələyə gəlmişəm. Bakıda Avropa Oyunlarında iştirak etmişəm. Buraları çox yaxşı tanıyıram. Bakı gözəl şəhərdir. Burada gəzməli yerlər çoxdur. Burada olmaqdan məmnunuq”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir