İdman

Maqnus Karlsen Bakıda bir ilk yaşadı, Nicat Abasov dördüncü oldu

Sharing is caring!


Bakıda keçirilən şahmat üzrə Dünya Kuboku yekunlaşıb.

Oxu.Az xəbər verir ki, norveçli qrosmeyster Maqnus Karlsen turnirin qalibi olub.

O, finalda hindistanlı Rameşbabu Praqnanandha üzərində qələbə qazanıb.

Klassik partiyalardakı ardıcıl heç-heçələrdən sonra tərəflər bu gün rapid oyunlarında üz-üzə gəliblər. Bir görüşdə qələbə qazanıb, digərində heç-heçə edən Karlsen Dünya Kubokunun qalibi olub. O, karyerasında ilk dəfə bu titula yiyələnib.

Azərbaycanlı qrosmeyster Nicat Abasov isə dördüncü yeri tutub.

O, üçüncülük qarşılaşmasında ABŞ-li Fabiano Karuanaya uduzub.

Klassik partiyalardakı 1:1 hesablı heç-heçədən sonra qalib rapid oyunlarında müəyyənləşib. Hər iki rapid görüşündə məğlubiyyətlə üzləşən N.Abasov dördüncülüklə kifayətlənib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir