İdman

Bakıda dünya çempionu olan idmançı: “Atıcılıq mənim həyatımdır”

Sharing is caring!


“Atıcılıq mənim həyatımdır”.

“Report”un məlumatına görə, bunu Bakıda qadınlar arasında təşkil edilən dünya çempionatında stend atıcılığının səngər növü üzrə qızıl medal qazanan Çin Taypeyi təmsilçisi Lin Yi Çun deyib.

Finalda London-2012 Yay Olimpiya Oyunlarının qalibi olan italiyalı Cessika Rossini məğlub edən Lin Yi Çun təəssüratlarını bölüşüb. O, uğuruna təəccüblənmədiyini söyləyib: “Bu, səngər növündə ilk çempionluğumdur. Hədsiz sevincliyəm. Aldığım qızıl medal məni təəccübləndirmədi. 16 yaşımdan bu idman növü ilə məşğulam. Artıq 26 ildir ki, atəş açıram. Mən bununla nəfəs alıram, mənim həyat fəlsəfəmdir. Hələ də özümü gənc hesab edirəm, qocalmamışam”.

Atıcı finalda üstələdiyi Cessika Rossinin çox güclü idmançı olduğunu bildirib: “Ümid edirəm ki, bir gün mən də onun kimi olimpiadanın qalibi olacağam. Jessika mənim idealımdır”.

Qeyd edək ki, Lin Yi Çun dünya çempionu olmaqla Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya əldə edib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir