İdman

Dünya çempionu olan cüdoçu: “Əsas hədəfim olimpiadada qızıl medal əldə etməkdir”

Sharing is caring!


“Qarşıdakı əsas hədəfim 2028-ci ildə keçiriləcək Yay Olimpiya Oyunlarına vəsiqə qazanmaq, orada isə çempion olmaqdır”.

Bunu “Report”un Zaqrebə ezam olunmuş əməkdaşına açıqlamasında Xorvatiyada təşkil olunan dünya çempionatında qızıl medal qazanan Azərbaycanın yeniyetmə cüdoçusu Nihad Məmişov deyib.

50 kq çəki dərəcəsində çıxış edən idmançı mundialdan əvvəl özünə inandığını bildirib: “Medal qazanacağımı gözləyirdim. Şükürlər olsun ki, qızıl medal nəsib oldu və əziyyətimiz yerdə qalmadı”.

O, ən çətin görüşünün finalda komanda yoldaşı Məhəmməd Məmişova qarşı olduğunu vurğulayıb: “Biz zalda da güləşmişik və həmişə çətinlik çəkmişik”.

Məmişov 10 ildən sonra Azərbaycanın yeniyetmə cüdoçusunun mundialda qızıl medal əldə etməsinə də toxunub: “Bu məlumatdan xəbərdar idim. Qızıl medalı alanda da ağlıma ilk bu gəldi”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir