İdman

Dünya çempionatı: Azərbaycanın iki cüdoçusu finalda rəqib oldular – YENİLƏNİB

Sharing is caring!


Azərbaycanın daha bir cüdoçusu Xorvatiyada keçirilən dünya çempionatında finala yüksəlib.

50 kiloqram çəki dərəcəsində çıxış edən Nihad Məmişov yarımfinalda Qazaxıstan təmsilçisi Nurbol Askara qalib gəlib.

O, qızıl medal uğrunda görüşdə Azərbaycanın digər cüdoçusu Məhəmməd Məmişova rəqib olub.

55 kiloqramdakı Mirxaliq İskəndərov isə yarımfinalda Gürcüstan idmançısı Merabi Səmədaşviliyə məğlub olub. O, bürünc medal uğrunda qarşılaşmada fransalı Adrian Mivovanla üz-üzə gələcək.

16:31

Azərbaycanın yeniyetmə cüdoçusu Məhəmməd Məmişov Xorvatiyada keçirilən dünya çempionatında finala çıxıb.

Oxu.Az xəbər verir ki, 50 kiloqram çəki dərəcəsində yer alan idmançı 1/4 finalda braziliyalı Viktor Huqo Silvaya, yarımfinalda Gürcüstan təmsilçisi Şota Baçoşviliyə qalib gələrək həlledici görüşə vəsiqə qazanıb.

Daha iki cüdoçumuz isə yarımfinalda mübarizə aparacaq.

50 kiloqram çəki dərəcəsində çıxış edən Nihad Məmişov 1/8 finalda macarıstanlı Bence Qalo, 1/4 finalda Monqolustan təmsilçisi Tuquldur Çoijiljavdan güclü olub.

55 kiloqramda isə Mirxaliq İskəndərov əvvəlcə monqolustanlı Munx-Orgil Suvd-Erdeneyə qalib gəlib. 1/4 finalda o, serbiyalı Marko Yorgiçi üstələyərək növbəti yarımfinala vəsiqə qazanıb.

15:02

Xorvatiyada yeniyetmə cüdoçular arasında dünya çempionatı start götürüb.

Oxu.Az xəbər verir ki, ilk gündə Azərbaycanın altı cüdoçusu mübarizəyə qoşulub.

Qızların yarışında 44 kiloqram çəki dərəcəsində çıxış edən Məryəm Bayramzadə 1/16 finalda Moldova təmsilçisi Qabriela Hertaya məğlub olub.

Digər qız cüdoçumuz Nigar Məmişova da uğursuzluqla üzləşib. 40 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançı 1/8 finalda Türkmənistan təmsilçisi Dilara Kandimovaya yenilib.

Oğlanların yarışında Ayxan Mirzəzadə ilk görüşünü qələbə ilə başa vurub. 55 kiloqram çəki dərəcəsində çıxış edən idmançı 1/32 finalda tacikistanlı Loiq Kudbodinova ipponla qalib gəlib. Lakin o, 1/16 finalda qazaxıstanlı Oralbek Bayzaka uduzaraq, mübarizəni dayandırıb.

50 kiloqramda yarışan Məhəmməd Məmişov 1/16 finalda Bosniya və Herseqovinadan olan Stefan Vinciçi məğlub edib. Daha sonra o, 1/8 finalda Ermənistan təmsilçisi Arşak Bekçyana qalib gələrək 1/4 finala adlayıb.

50 kiloqramdakı digər təmsilçimiz Nihad Məmişov 1/16 finalda fransalı Amza Çattiyə qalib gəlib.

Mirxaliq İskəndərov da mübarizəyə uğurlu start verib. 55 kiloqram çəki dərəcəsində yer alan idmançı 1/16 finalda fransalı Tiaqo Talondan güclü olub.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir