İdman

Azərbaycanın pauerliftinqçisi dünya çempionu olub – VİDEO

Sharing is caring!


Pauerliftinq üzrə Azərbaycan millisinin daha bir üzvü Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən dünya çempionatında iki medal qazanıb.

Milli Paralimpiya Komitəsindən verilən məlumata görə, bu dəfə Leyla Kərimova 2 “qızıl”la yadda qalıb.

İdmançı +86 kq çəki dərəcəsində gənclərin yarışında ən yaxşı nəticəyə (78 kq) və ümumi çəkiyə görə (148 kq) çempion olub. Kərimova bununla gənclər arasında Avropa rekordunu da yeniləyib.

Qeyd edək ki, daha əvvəl Talıb Zeynalov (+107 kq) yarışda 2 gümüş medal qazanıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir