İdman

“Qarabağ” Braziliya millilərində oynamış futbolçunu transfer edə bilər

Sharing is caring!


“Qarabağ” heyətini yeni futbolçu ilə gücləndirə bilər.

Ağdam təmsilçisi Braziliyanın “Koritiba” klubunun yarımmüdafiəçisi Qabriel Boşilya ilə maraqlanır.

Məşhur “Transfermarkt” portalı keçidin reallaşma ehtimalını 88 faiz qiymətləndirir.

27 yaşlı futbolçu karyerası ərzində Fransanın “Monako”, “Nant” kimi klublarında çıxış edib. O, 2022-ci ildə ölkəsinin “İnternasional” komandasından “Koritiba”ya keçib.

Yarımmüdafiəçinin hazırkı klubu ilə müqaviləsi bu ilin sonuna qədərdir.

Boşilya Braziliyanın U-17 və U-20 millilərində forma geyinib. Hazırda onun dəyəri 1,70 milyon avrodur.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir