İdman

Dünya Kubokunun qalibi: “Bakıda qazandığım uğur karyeramın ən vacib anlarından biridir”

Sharing is caring!


“Bakıda qazandığım uğur karyeramın ən nüfuzlü və vacib anlarından biridir”.

“Report”un məlumatına görə, bunu Bakıda qadınlar arasında keçirilən şahmat üzrə Dünya Kubokunun qalibi Aleksandra Qoryaçkina jurnalistlərə açıqlamasında deyib.

FİDE bayrağı altında çıxış edən rusiyalı qrosmeyster təşkilatçılığın yüksək səviyyədə olduğunu vurğulayıb. O, həmçinin, öz çıxışını da dəyərləndirib:

“Düzü, dünənki görüşdə çətin vəziyyətə düşmüşdüm, xilas olacağıma inanmırdım. Amma rəqibim bəzi səhvlər etdi. Hərdən belə möcüzələr olur. Qarşıda məni “Grand Swiss” turniri gözləyir. Amma viza məsələsi ilə bağlı zəmanət verilmir”.

Qoryaçkina Bakıda yalnız axşam saatlarında gəzmək imkanı olduğunu bildirib. Şahmatçı Azərbaycanı xoş xatirələrlə yadda saxlayacağını sözlərinə əlavə edib:

“Qalib gələndə təəssüratlar hər zaman yaxşı olur. Dünya Kubokunu qazandığım üçün Bakını həmişə xoş xatırlayacağam”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir