İdman

“Qarabağ”dan “Araz-Naxçıvan”la oyunda çətin qələbə – VİDEO

Sharing is caring!


Azərbaycan Premyer Liqasında III turun oyunları davam edir.

Oxu.Az xəbər verir ki, günün ilk matçında son çempion “Qarabağ” “Araz-Naxçıvan”ı qəbul edib.

Görüş meydan sahiblərinin qələbəsi ilə başa çatıb – 2:1.

Hesabı 15-ci dəqiqədə meydan sahibləri açıblar. Fransalı yarımmüdafiəçi Adama Diakabi fərqlənib. Fasilədən sonra gözlənilmədən qonaqlar bərabərlik topunu vurublar. Bosniya və herseqovinalı yarımmüdafiəçi Miço Kuzmanoviç 57-ci dəqiqədə rəqibi mərkəzə dəvət edib.

Buna baxmayaraq, Naxçıvan təmsilçisi sona qədər müqavimət göstərə bilməyib. 90+5-ci dəqiqədə Abdullah Zubir “Qarabağ”a 2:1 hesablı qələbə qazandıran qolu vurub. Bu qələbədən sonra “Qarabağ” 6 xalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb. “Araz-Naxçıvan” isə 3 xalla 6-cı yerdədir.

Qeyd edək ki, turun əvvəlki oyunlarında “Turan Tovuz” “Kəpəz”i (2:0), “Sumqayıt” “Qəbələ”ni (2:1), “Zirə” isə “Səbail”i (2:1) məğlub edib. Tura bu gün keçiriləcək “Sabah” – “Neftçi” görüşü ilə yekun vurulacaq.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir