İdman

Azərbaycan millisinin kapitanı: “Almaniya ilə oyunda da qələbə qazanmaq istəyirik”

Sharing is caring!


“Dünən sərgilədiyimiz oyunu göstərərək bu gün də qələbə qazanmaq niyyətindəyik”.

“Report” xəbər verir ki, bunu qadın voleybolçulardan ibarət Azərbaycan millisinin kapitanı Ayşən Abduləzimova Avropa çempionatında Almaniya seçməsinə qarşı keçirəcəkləri qrup mərhələsinin II tur matçı ilə bağlı danışarkən deyib.

30 yaşlı oyunçu meydan sahibləri ilə duelin əsas görüşlərdən biri olduğunu bildirib.

Abduləzimova Çexiya yığması üzərindəki qələbə münasibəti ilə komandanı və azarkeşləri təbrik edib.

Qeyd edək ki, Azərbaycan – Almaniya qarşılaşması bu gün Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. Milli ilk oyunda Çexiyanı 3:0 hesabı ilə üstələyib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir