İdman

Bu gün Avropanın yaşıl meydanlarında bir sıra maraqlı futbol oyunları baş tutacaq

Sharing is caring!


Bu gün Avropanın yaşıl meydanlarında bir sıra maraqlı futbol oyunları baş tutacaq.

Oxu.Az xəbər verir ki, İngiltərə Premyer Liqasında mövsümə heç-heçə ilə başlayan “Liverpul” II turda ilk qələbəsini qazanmağa çalışacaq. Komanda saat 18:00-da (bütün oyunların saatı Bakı vaxtı ilə göstərilib – red.) başlayacaq görüşdə “Bornmut”un müqavimətini qırmağa çalışacaq.

Premyer Liqada günün digər matçları daha böyük mübarizə vəd edir. Saat 20:30-da “Mançester Yunayted” “Tottenhem”in qonağı olacaq. Günün son oyunu “Mançester Siti” və “Nyukasl” arasında baş tutacaq. Bu görüşün start fiti saat 23:00-da səslənəcək.

Fransa Liqa 1-də mövsümə heç-heçə ilə başlayan son çempion PSJ “Tuluza”nın qonağı olacaq. Görüş sat 23:00-da başlayacaq.

Almaniya Bundesliqasında ötən mövsüm çempionluğu son anda əldən verən “Borussiya” (Dortmund) ilk matçını evdə “Köln”ə qarşı keçirəcək. Oyunun start fiti saat 20:30-da səslənəcək.

Bu gün İtaliya A Seriyasında yeni mövsümə start veriləcək. Son çempion “Napoli” saat 20:30-da “Frozinone”nin qonağı olacaq. Günün digər maraq doğuran oyununda isə “İnter” “Monza”nı sınağa çəkəcək.

İspaniya La Liqasında “Real Madrid” “Almeriya”nın qonağı olacaq. Matçın start fiti saat 21:30-da səslənəcək.

Türkiyə Super Liqasında turun mərkəzi oyununda son çempion “Qalatasaray”la “Trabzonspor” münasibətlərinə aydınlıq gətirəcəklər. Oyun saat 22:45-də başlayacaq.

İngiltərə Premyer Liqası

18:00. “Liverpul” – “Bornmut”

20:30. “Tottenhem” – “Mançester Yenayted”

23:00. “Mançester Siti” – “Nyukasl”

Fransa Liqa 1

23:00. “Tuluza – PSJ

Almaniya Bundesliqası

20:30. “Borussiya” (Dortmund) – “Köln”

İtaliya A Seriyası

20:30. “Frozinone” – “Napoli”

22:45. “İnter” – “Monza”

İspaniya La Liqası

21:30. “Almeriya” – “Real Madrid”

Türkiyə Super Liqası

22:45. “Qalatasaray” – “Trabzonspor”

Faiq Tahirov

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir