İdman

Şenol Günəş: “Neftçi” yaxşı top saxlayan, texnikalı komandadır”

Sharing is caring!


“Neftçi” yaxşı top saxlayan, texnikalı komandadır”.

“Report”un məlumatına görə, bunu Türkiyənin “Beşiktaş” klubunun baş məşqçisi Şenol Günəş “Neftçi”yə qarşı keçiriləcək UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyunu ərəfəsində mətbuat konfransında deyib.

71 yaşlı mütəxəssis Bakıdakı ilk görüşdə 3:1 hesablı qələbə qazanmalarına baxmayaraq, Azərbaycan təmsilçisi ilə ikinci duelə ciddi hazırlaşdıqlarını bildirib: “Mövsümə yeni başlamışıq. Üç gündən bir oyun keçiririk. Əlimizdəki heyətdən maksimum yararlanmağa çalışırıq. Hər hansı bir problemimiz yoxdur, fiziki cəhətdən hər şey qaydasında görünür. “Neftçi” ilə sabahkı oyuna 3:1 hesablı üstünlüklə başlayacağıq. Amma meydana çıxmadan qələbə qazanmaq olmur. Öz oyunumuzu sərgiləyib, mərhələni adlamaq istəyirik. Ümid edirəm ki, sabah maraqlı mübarizə olar”.

Qeyd edək ki, avqustun 17-də keçiriləcək “Beşiktaş” – “Neftçi” görüşü Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir