İdman

“Arsenal”ın oyunundan öncə problem: Matçın başlanma vaxtı dəyişdirildi

Sharing is caring!


İngiltərə Premyer Liqasında I turun “Arsenal” – “Nottinqem Forest” matçı əvvəldən nəzərdə tutulan vaxtda başlamayıb.

Oxu.Az xəbər verir ki, oyunun start fitinin Bakı vaxtı ilə saat 15:30-da səsləndirilməsi planlaşdırılsa da, bu baş tutmayıb. Ləngiməyə səbəb qarşılaşmanın keçiriləcəyi “Emirates Stadium”un girişlərində yaranmış problem olub. Turniketlərin işləməməsinə görə azarkeşlər arenaya daxil ola bilməyiblər. Bu səbəbdən stadion ətrafında sıxlıq yaranıb.

Premyer Liqanın rəsmi saytı matçın saat 16:00-da start götürəcəyini açıqlayıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir