İdman

Cüneyt Çakır Gürcüstan Mərkəzi Hakimlər Şurasının sədri oldu

Sharing is caring!


Gürcüstan Futbol Federasiyası Cüneyt Çakırın Mərkəzi Hakimlər Şurasının sədri təyin olunduğunu açıqlayıb.

FIFA kateqoriyalı keçmiş hakim Gürcüstanın 1-ci və 2-ci Liqa hakimləri ilə görüşə qatılıb.

Gürcüstan Futbol Federasiyasına təşəkkür edən və hakimlərə üz tutan Çakır etimada görə təşəkkür edib.

“Bu vəzifə mənə təklif olunarkən gözəl söhbətimiz oldu. Gürcüstan Futbol Federasiyasının rəhbərliyi hakimliklə bağlı baxışlarını, planlarını və fikirlərini mənimlə bölüşdü. Bu müsbət münasibət əsas məsələdir, bu gün burada olmağımın səbəbidir. Karyeram boyu bir çox böyük matçlarda və turnirlərdə iştirak etmişəm. Dayanıqlı uğur həmişə mənim əsas məqsədim olub. Bizim birinci məqsədimiz davamlı uğura doğru addımlar atmaq olacaq. Hakim hazırlığında beynəlxalq standartları tətbiq edəcəyik və beynəlxalq oyunlara daha çox hakimi cəlb etməyə çalışacağıq. Biz bütün klublara, oyunçulara və məşqçilərə hörmət edirik və meydanda da eyni hörməti gözləyirik. Məqsədimiz bütün hakimləri ölkə çempionatının oyunlarına ən yaxşı şəkildə hazırlamaqdır. Biz qonşuyuq və burada olduğum müddətdə ölkələrimiz arasında daha güclü əlaqələrin qurulmasını istəyirəm. Bu, mənim üçün böyük şərəf olacaq”, – deyə Çakır bəyan edib.

Gürcüstan Futbol Federasiyasının baş katibi Davit Mujiri qeyd edib ki, Çakır Gürcüstanda yaşayacaq və hakimlərin inkişafı üçün həyata keçirilən bütün layihələrin önündə gedəcək.

“Mən məmnunam. Onun bu illər ərzində beynəlxalq arenada topladığı təcrübənin Gürcüstanda bu istiqamətin inkişafı üçün faydalı olacağını düşünürəm”, – federasiyanın baş katibi bildirib.

Mənbə: NTV Spor

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir