İdman

“Araz-Naxçıvan”dan növbəti legioner transferi

Sharing is caring!


“Araz-Naxçıvan” növbəti transferini reallaşdırıb.

Klubun mətbuat xidmətindən verilən məlumata görə, Naxçıvan təmsilçisi moldovalı qapıçı ilə anlaşıb. Kristian Avram qarşıdakı bir il ərzində “ağ-qırmızılar”ın qapısını qoruyacaq.

193 sm boya malik olan 29 yaşlı qolkiperin son klubu vətənində “Petrokub” olub. Moldova millisinin də şərəfini qoruyan qapıçı buna qədər Rumıniyanın “Buzau”, Moldovanın “Dinamo-Auto”, “Daçia” komandalarında çıxış edib.

Qeyd edək ki, “Araz-Naxçıvan” buna qədər Nuno Migel, Vanderson, Semir Bukviç, Miço Kuzmanoviç, Numan Kurdiç, Mohammed Kadiri, İsmail Azzaui, Elvis Maşike, İqor Ribeiro, Orxan Əliyev, Vüsal Şabanov, Tuqay Əlizadə, Bayraməli Qurbanov, Həzrət İsayev, Turan Manafov, Vadim Abdullayev, Nihat Qurbanlı, Nicat Süleymanov, Elçin Mustafayev, Abdulla Rzayev, Zamiq Əliyevlə müqavilə imzalayıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir