İdman

Çempionlar Liqası: Bu gün üç oyun keçiriləcək – AFİŞA

Sharing is caring!


Bu gün UEFA Çempionlar Liqasında III təsnifat mərhələsinin ilk matçlarına yekun vurulacaq.

Oxu.Az xəbər verir ki, ikinci oyun günündə üç qarşılaşma baş tutacaq.

Fransanın “Marsel” klubu Yunanıstanda “Panatinaikos”un, İsrail “Makkabi”si (Hayfa) Slovakiyada “Slovan”ın, İsveçrə “Servett”i isə Şotlandiyada “Reyncers”in qonağı olacaq.

UEFA Çempionlar Liqası

III təsnifat mərhələsi (ilk oyunlar)

9 avqust

22:00. “Panatinaikos” (Yunanıstan) – “Marsel” (Fransa)

22:30. “Slovan” (Slovakiya) – “Makkabi” (Hayfa, İsrail)

22:45. “Reyncers” (Şotlandiya) – “Servett” (İsveçrə)

Oyunların saatı Bakı vaxtı ilə göstərilib.

Qeyd edək ki, bu raundun əvvəlki görüşləri ötən gün oynanılıb. Yunanıstanda AEK və Xorvatiyanın “Dinamo” (Zaqreb) klubu arasında keçirilməli oyun yerli azarkeşin öldürülməsinə görə təxirə salınıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir