İdman

Oxatanlarımız Belarusda keçirilən turnirə uğurla başlayıblar – FOTO

Sharing is caring!


İkinci MDB oyunları çərçivəsində Belarusun Moqilyov şəhərində kamandan oxatma üzrə yarışlara start verilib.

“Report” xəbər verir ki, ölkəmiz bu turnirdə iki qız və üç oğlanla təmsil olunur.

Oxatanlarımız turnirə uğurla başlayıblar. Belə ki, yarışın ilk günü idmançılar sıra atışlarını yerinə yetiriblər və yekun nəticədə komanda yarışlarını kişilər dördüncü yerdə, Mix komanda yarışlarını isə üçüncü yerdə bitiriblər.

Kişilər arasında komanda yarışında Muhammədəli Əliyev səkkizinci, Anar Cavadzadə 15-ci və Zahid Kazımzadə 18-ci yerlərdə olublar. Qadınlar arasında Fatimə Hüseynli səkkizinci, Sevin Qəhrəmanzadə 15-ci yerlərdə olublar.

Mix komanda yarışında Muhammədəli Əliyev və Fatimə Hüseynli üçüncü yeri tutublar.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir