İdman

Baş məçqçi: “Araz-Naxçıvan”a səviyyəli legionerlər gətirmək çətindir”

Sharing is caring!


“Oyunun çətin olacağını bilirdik. “Turan Tovuz”u oturuşmuş sistemi var. Onları qələbə münasibəti ilə təbdik edirəm”.

Oxu.Az xəbər verir ki, bu sözləri “Araz-Naxçıvan”ın baş məşqçisi Azər Bağırov futbol üzrə Azərbaycan Premyer Liqasının 2023/24 mövsümünün I turunda “Turan Tovuz”a qarşı oyundan sonra təşkil olunan mətbuat konfransında deyib.

0:3 hesabı ilə məğlub olan komandanın çalışdırıcısı fikrini belə davam etdirib:

“Hazırlığa gec başlamışdıq. Erkən qol vurmaq istəyirdik. İkinci yarıda bir zərbəmiz dirəkdən qayıtdı. 75-79 dəqiqə gücümüz çatdı”.

Baş məşqçi məğlubiyyəti qollar zamanı kobud səhvlərə yol verən qapıçı Semir Bukviçin üzərinə yıxmağın doğru olmadığını söyləyib:

“Futbolda bu cür hallar olur. Qapıçı da, müdafiəçi də, digər mövqe oyunçuları da səhv edirlər. Sırf qapıçının üstünə yıxmaq olmaz. Səhvlər zəncirvaridir. Bir futbolçunun üstünə düşmək mən tərəfdən zəiflikdir olar”.

A.Bağırov postundan ayrılacağı ilə bağlı yayılan xəbərlərə münasibət bildirib:

“Kreslo əbədi deyil. İllərlə qala da bilərik, tezliklə gedə də. Mənim üçün qorxulu hal deyil. Dırnağımla, əziyyətimlə bu postdayam. Məğlubiyyətlər olsa da, heç nədən çəkinmirəm. Alnım açıqdır”.

Mütəxəssis mövsümdən öncə klub tərəfindən avrokuboklara vəsiqə ilə bağlı səsləndirilən iddialı fikirlərin gündəmdən düşmədiyini əlavə edib:

“Komandama güvənirəm. Birinci oyunla heç nə bitməyib. Qarşıda uzun mövsüm var. Komanda gec toplaşıb. İndi də heyətə futbolçular qoşulur. Yeni klub olduğumuz üçün bura səviyyəli legionerlər cəlb etmək çətindir. İnanıram ki, əməyimizlə bunların öhdəsindən gələcəyik”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir