İdman

“Neftçi”nin kapitanı formasını fiziki məhdudiyyətli azarkeşə hədiyyə etdi – VİDEO

Sharing is caring!


UEFA Avropa Konfrans Liqasının II təsnifat mərhələsində keçirilən “Neftçi” – “Jelezniçar” (Bosniya və Herseqovina) matçından sonra duyğulu anlar yaşanıb.

“Ağ-qaralar”ın kapitanı Emin Mahmudov oyunda geyindiyi formanı komandanın fiziki məhdudiyyətli azarkeşinə hədiyyə edib. Bununla bağlı görüntülər klubun “Facebook” hesabında paylaşılıb.

Qeyd edək ki, səfərdəki 2:2 hesablı heç-heçənin revanşında “Jelezniçar”ı 3:2 yenən “Neftçi” III təsnifat mərhələsinə yüksəlib. “Ağ-qaralar” bu raundda Türkiyənin “Beşiktaş” klubu ilə üz-üzə gələcəklər. Tərəflər arasında ilk oyun avqustun 10-da İstanbulda, cavab matçı bir həftə sonra Bakıda keçiriləcək.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir