İdman

“Sumqayıt” Belçika klubunun yarımmüdafiəçisini icarəyə götürüb

Sharing is caring!


2023/2024 mövsümü üçün transfer çalışmalarını davam etdirən “Sumqayıt” daha bir futbolçunun keçidini gerçəkləşdirib.

Klubdan verilən məlumata görə, “gənclik şəhəri” təmsilçisi müqavilə ilə Belçikanın “Vesterlo” klubuna məxsus olan Burundi yığmasının üzvü Tresor Mossini bir illik icarəyə götürüb.

Qeyd edək ki, ölkəsinin “Aigle Noir” komandasının yetirməsi olan 22 yaşlı yarımmüdafiəçi karyerası ərzində Lüksemburqun “Kerjenq” və Belçikanın “Vesterlo” klublarında çıxış edib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir