İdman

Mərakeşli müdafiəçi DÇ-də hicabda oynayan ilk futbolçu oldu

Sharing is caring!


Mərakeş millisinin müdafiəçisi Nuhayla Benzina dünya çempionatında hicablı halda oynayan ilk futbolçu olub.

O, turnirdə debütünü Cənubi Koreya ilə ikinci tur matçında edib.

Mərakeş millisi dünya çempionatlarında komandanın tarixindəki ilk qələbəni qazanıb.

Benzina döyüşün əsas oyunçularından birinə çevrilib. Müdafiəçi bütün matçı oynayıb, görüşün sonunda hücumu pozduğu üçün sarı vərəqə alıb.

Qeyd edək ki, Mərakeş DÇ-2023-də H qrupunda üçüncüdür. Növbəti turda mərakeşlilər avqustun 3-də Kolumbiya ilə qarşılaşacaqlar.

Mənbə: sportarena.com

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir