İdman

“Əl-Hilal” Verratti ilə müqaviləni razılaşdırıb

Sharing is caring!


“Əl-Hilal” Marko Verratti ilə şəxsi müqavilənin şərtlərini razılaşdırıb.

İnsayder Fabrisio Romanonun sözlərinə görə, Səudiyyə klubu PSJ-nin yarımmüdafiəçisi ilə üç il müddətinə saziş imzalamağı düşünür.

Hazırda yekun nəticə “Əl-Hilal”dan 30 milyon avroluq təklifi qəbul etmək niyyətində olmayan PSJ-nin prezidenti Nasser əl-Xəlaifidən asılıdır. O, futbolçu üçün 80 milyon istəyir.

Tezliklə səudiyyəlilərin rəsmi cavabı açıqlayacaqları gözlənilir.

Bildirilir ki, Səudiyyə Ərəbistanında yarımmüdafiəçi ildə 20 milyon avro alacaq.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir