İdman

Konfrans Liqası: “Neftçi” və “Qəbələ” mübarizəyə başlayır – AFİŞA

Sharing is caring!


Bu gün UEFA Avropa Konfrans Liqasında II təsnifat mərhələsinin ilk oyunlarına yekun vurulacaq.

Oxu.Az xəbər verir ki, Azərbaycan təmsilçilərindən “Qəbələ” və “Neftçi” mübarizəyə başlayacaqlar.

“Qırmızı-qaralar” öz meydanında Kipr “Omoniya”sını qəbul edəcəklər. Qəbələ şəhər stadionunda keçiriləcək görüş saat 20:00-da başlayacaq.

“Neftçi” isə turnirdəki ilk matçına Bosniya və Herseqovinada çıxacaq. “Ağ-qaralar” “Jelezniçar”ın qonağı olacaqlar. “Qrbavitsa” stadionundakı oyunun start fiti Bakı vaxtı ilə saat 23:00-da veriləcək.

Komandalar arasında cavab oyunları avqustun 3-də keçiriləcək.

UEFA Konfrans Liqası

II təsnifat mərhələsi, ilk oyunlar

27 iyul

20:00. “Qəbələ” (Azərbaycan) – “Omoniya” (Kipr)

Baş hakim: Andrey Çivulete (Rumıniya)

Qəbələ şəhər stadionu

23:00. “Jelezniçar” (Bosniya və Herseqovina) – “Neftçi” (Azərbaycan)

Baş hakim: Yuri Frişer (Estoniya)

Sarayevo, “Qrbavitsa” stadionu

Qeyd edək ki, Azərbaycanın Konfrans Liqasındakı digər təmsilçisi “Sabah” ötən gün Latviyada RFŞ-ə iki cavabsız qolla qalib gəlib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir