İdman

Mbappe hansı kluba keçəcək?

Sharing is caring!


PSJ Kilian Mbappeni “Əl-Hilal”a satmağa hazırdır.

Məlumata görə, Səudiyyə klubu tezliklə heç kimin təkrarlaya bilməyəcəyi böyük məbləğdə təkliflə çıxış edəcək.

Mbappeni almaqda Premyer Liqa klubları da maraqlıdır. Onların arasında “Mançester Yunayted” və “Tottenhem”lə yanaşı, “Çelsi” də var, lakin “zadəganlar” PSJ-yə təklif verməzdən əvvəl bir neçə futbolçunu satmalı olacaqlar.

İtaliyaya gəlincə, orada yeganə variant “Milan” ola bilər, lakin “rossonerilər” heç bir təkliflə çıxış edtməyiblər.

Futbolçunun özünün getmək istədiyi “Real Madrid” tərəfindən də bu istiqamətdə heç bir addım atılmır. Madridlilər zamanın onların xeyrinə işləməsindən istifadə etmək niyyətindədirlər və buna görə də hələ transfer danışıqlarına başlamaq fikrində deyillər.

Mənbə: sports.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir