İdman

“Kəpəz”də sular duruldu: Baş məşqçi ilə köməkçisi arasında nə baş verib? – FOTO

Sharing is caring!


“Kəpəz”də baş məşqçi Azər Məmmədovla köməkçisi Xaliq Mərdanov arasında buzlar əriyib.

Oxu.Az xəbər verir ki, onlar dünən “Araz Naxçıvan”a qarşı keçirilən yoxlama oyununda bir arada olublar.

Bir neçə gün əvvəl yayılan məlumata görə, X.Mərdanov və A.Məmmədov arasında böyük narazılıq yaranıb. Bundan sonra Mərdanov köməkçi məşqçi postundan uzaqlaşdırılıb və əvvəlki kimi əvəzedici komandanın sükanı arxasına göndərilib.

Lakin əldə etdiyimiz məlumata görə, ortada hər hansı problem yoxdur. Mərdanov həm əvəzedici komandanı çalışdıracaq, həm də köməkçi məşqçi kimi Azər Məmmədovun yanında olacaq. Əvəzedicilərin baş məşqçisi Zaur Əsədov isə klubun U-19 komandasını çalışdıracaq.

Faiq Tahirov

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir