İdman

“Qarabağ”ın avrokuboklarda 18 böyükhesablı qələbəsi – ARAŞDIRMA

Sharing is caring!


“Qarabağ”ın avrokuboklarda böyükhesablı qələbələrinin sayı artıb.

“Report”un araşdırmasına görə, Azərbaycan çempionu qitəmiqyaslı turnirlərdə rəqiblərini 18-ci dəfə üç və ya daha çox top fərqi ilə məğlub edib.

Ağdam təmsilçisi son olaraq UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində Cəbəllüttariq çempionu “Linkoln”un qapısından 4 cavabsız top keçirib. Komanda bütün bu nailiyyətləri baş məşqçi Qurban Qurbanovun rəhbərliyi altında gerçəkləşdirib.

“Qarabağ”ın ilk böyükhesablı qalibiyyəti 2010-cu ilə təsadüf edib. Ağdamlılar həmin vaxt Makedoniya “Metallurq”unu 4:1 hesabı ilə üstələyiblər.

Darmadağınların 13-ü Bakıdakı görüşlərdə reallaşıb. Azərbaycan çempionunun aktivindəki böyükhesablı qələbələrin 7-si Çempionlar Liqasının payına düşüb.

“Qarabağ”ın rekordu 5:0 hesabıdır. Qurbanovun kollektivi 2017/2018 mövsümündə öz meydanındakı Çempionlar Liqası matçında Gürcüstan “Samtrediya”sını 5 dəfə mərkəzə dəvət edib.

Bu komanda 5 dəfə dörd top, 12 dəfə isə üç top fərqi ilə rəqibini məğlubiyyətə uğradıb.

“Qarabağ”ın avrokuboklardakı böyükhesablı qələbələri:

01.07.2010. Avropa Liqası: “Qarabağ” – “Metallurq” (Makedoniya) – 4:1

30.06.2011. Avropa Liqası: “Banqa” (Litva) – “Qarabağ” – 0:4

07.07.2011. Avropa Liqası: “Qarabağ” – “Banqa” (Litva) – 3:0

22.07.2014. Çempionlar Liqası: “Qarabağ” – “Valletta” (Malta) – 4:0

27.08.2015. Avropa Liqası: “Qarabağ” – “Yanq Boyz” (İsveçrə) – 3:0

25.08.2016. Avropa Liqası: “Qarabağ” – “Göteborq” (İsveç) – 3:0

11.07.2017. Çempionlar Liqası: “Qarabağ” – “Samtrediya” (Gürcüstan) – 5:0

01.08.2018. Çempionlar Liqası: “Qarabağ” – “Kukesi” (Albaniya) – 3:0

30.08.2018. Avropa Liqası: “Qarabağ” – “Şerif” (Moldova) – 3:0

31.07.2019. Çempionlar Liqası: “Qarabağ” – “Dandalk” (İrlandiya) – 3:0

03.10.2019. Avropa Liqası: “Düdelanj” (Lüksemburq) – “Qarabağ” – 1:4

18.08.2020. Çempionlar Liqası: “Qarabağ” – “Sileks” (Makedoniya) – 4:0

01.10.2020. Avropa Liqası: “Legiya” (Polşa) – “Qarabağ” – 0:3

30.09.2021. Konfrans Liqası: “Omoniya” (Kipr) – “Qarabağ” – 1:4

12.07.2022. Çempionlar Liqası: “Qarabağ” – “Lex” (Polşa) – 5:1

15.09.2022. Avropa Liqası: “Qarabağ” – “Nant” (Fransa) – 3:0

06.10.2022. Avropa Liqası: “Olimpiakos” (Yunanıstan) – “Qarabağ” – 0:3

19.07.2023. Çempionlar Liqası: “Qarabağ” – “Linkoln” (Cəbəllüttariq) – 4:0

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir