İdman

Tahir Gözəl: “Polşa mətbuatı yazır ki, “Qarabağ” kabusu qayıdır”

Sharing is caring!


“Bütün Azərbaycan xalqı gözəl futbola tamaşa etdi”.

Oxu.Az xəbər verir ki, bunu “Qarabağ”ın prezidenti Tahir Gözəl Bakıda Cəbəllütariq təmsilçisi “Linkoln”a 4:0 hesabı ilə qalib gəldikləri UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab oyunundan sonra jurnalistlərə açıqlamasında deyib.

Funksioner səfərdəki oyunun (2:1) çox ağır keçdiyini bildirib:

“Futbolçuların orada necə səylə çalışdığını gördüm. Son dəqiqələrdəki qol olmasaydı, məyus olacaqdım. Bu gün öz meydanımızda idik. Bəhlul Mustafazadənin qolu Avropa futbolu səviyyəsində idi. Bunu yerli oyunçumuzun vurması mənə ayrı zövq verdi. Bu qələbə hamımızı sevindirir. Gözəl motivasiya ilə yolumuza davam edəcəyik”.

T.Gözəl II təsnifat mərhələsindəki rəqibləri olan Polşanın “Rakuv” klubu barədə də danışıb:

“Daha əvvəl üç dəfə bu ölkənin təmsilçiləri ilə üz-üzə gəlmişik və hamısından qalib ayrılmışıq. Artıq Avropada zəif klub yoxdur. Qitədə 1000-dən çox komanda var və onların arasında ən yaxşıları bu turnirdə mübarizə aparır. Rəqibimiz güclüdür. Polşa mətbuatı yazır ki, “Qarabağ” kabusu qayıdır. Bu əzmdə gedərək Bakıya qələbə ilə qayıtmaq niyyətindəyik”.

Klub rəhbəri bu gün üçün transfer planlaşdırılmadığını söyləyib:

“Kevin Medinanın Türkiyənin “Rizespor” klubuna keçidi baş tutsa, onun yerinə oyunçu ala bilərik. Yerli klubların güclənməsi də bizi sevindirir. Onların qarşısında daha güclü “Qarabağ” var. Avrokubokda gedə bildiyimiz qədər irəli getmək istəyirik”.

Faiq Tahirov

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir