İdman

Çempionlar Liqası: “Qarabağ”ın potensial rəqibi müəyyənləşdi

Sharing is caring!


“Qarabağ”ın UEFA Çempionlar Liqasının II təsnifat mərhələsindəki potensial rəqibi müəyyənləşib.

“Report”un məlumatına görə, Estoniya klubu “Flora” ilə Polşa təmsilçisi “Rakuv” birincilərin meydanında cavab görüşünə çıxıblar.

Səfərdə 0:1 hesabı ilə məğlub olan “Flora” Tallində bunun revanşını ala bilməyib. Rəqibini səfərdə də üstələyən (3:0) “Rakuv” növbəti raunda yüksəlib.

“Qarabağ” bu mərhələdə Cəbəllütariq çempionu “Linkoln”u keçsə, “Rakuv”a rəqib olacaq. “Qarabağ” – “Linkoln” cütünün qalibi II raundda ilk görüşünü iyulun 25-də və ya 26-da səfərdə, cavab qarşılaşmasını isə bir həftə sonra evdə keçirəcək.

Qeyd edək ki, “Qarabağ”la “Linkoln” arasında cavab matçı iyulun 19-da Bakı Olimpiya Stadionunda keçiriləcək. Cəbəllütariqdəki ilk görüşdə Azərbaycan çempionu 2:1 hesablı qələbə qazanıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir