İdman

“River Pleyt” vaxtından əvvəl Argentina çempionu oldu

Sharing is caring!


“River Pleyt” vaxtından əvvəl Argentina çempionatının qalibi olub.

Turnirin 25-ci qarşılaşma günündə komanda evdə 31 dəqiqəyə üç qol vuraraq “Estudiantes” üzərində 3:1 hesablı qələbə qazanıb.

Çempionatın başa çatmasına iki tur qalmış Martin Demiçelisin komandası 25 görüşdə 57 xal toplayaraq çempionluğu təmin edib.

Qeyd edək ki, “River Pleyt” rekord sayılan 38-ci dəfə Argentina çempionu adını qazanıb. Onun əzəli rəqibi “Boka Xuniors” analoji titula 35 dəfə sahib olub.

Mənbə: sports.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir