İdman

“Arsenal” Timberin transferini açıqladı – FOTO

Sharing is caring!


“Arsenal” “Ayaks”dan Yurrien Timberi transfer etdiyini təsdiqləyib.

İngiltərə klubu 22 yaşlı müdafiəçi ilə uzunmüddətli müqavilə imzaladığını açıqlayıb. Razılaşmanın detalları açıqlanmayıb.

Daha əvvəl “Arsenal”ın futbolçu üçün “Ayaks”a 40 milyon avro və 5 milyon avro bonus ödəyəcəyi bildirilirdi.

Qeyd edək ki, Timber ötən mövsüm Niderland çempionatında 34 oyuna çıxıb, 2 qol vurub və 2 məhsuldar ötürmə edib.

Mənbə: sports.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir