İdman

Azərbaycanın sərbəst güləşçisi reytinq turnirində finala yüksəlib

Sharing is caring!


Azərbaycanın sərbəst güləşçisi Maqomedxan Maqomedov Macarıstanın paytaxtı Budapeştdə start götürən reytinq turnirində finala yüksəlib.

“Report”un məlumatına görə, 97 kiloqramda çıxış edən idmançı yarımfinalda almaniyalı Erik Tileyə 7:1 hesabı ilə qalib gəlib. O, finalda ABŞ-dən olan Olimpiya və dünya çempionu Kayl Snayderlə qarşılaşacaq.

86 kiloqram çəki dərəcəsində yer alan Abubakr Abakarov isə israilli Yuri Kalaşnikovu 8:0 hesabı ilə üstələsə də, 1/4 finalda türkiyəli Osman Göçenə uduzub – 3:6.

Rəqibi finala çıxa bilmədiyindən Azərbaycan təmsilçisi yarışı medalsız başa vurub.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir