İdman

Belçikalı futbolçu son anda “Qarabağ”a keçməkdən imtina etdi

Sharing is caring!


Belçikalı vinger Ceyson Lokilonun “Qarabağ”a keçidi baş tutmayıb.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, tərəflər arasında danışıqlar müsbət istiqamətdə davam etsə də, sonradan 25 yaşlı futbolçu fikrini dəyişib.

Lokilo başqa klubdan daha yaxşı təklifinin olduğunu bildirərək, “Qarabağ”la müqavilə imzalamaqdan imtina edib.

Xatırladaq ki, son olaraq Niderland “Sparta”sında çıxış etmiş vinger daha əvvəl “Neftçi” ilə də danışıq aparıb. Yekunda o, “ağ-qaralar”la da anlaşa bilməyib.

Konqo Demokratik Respublikasının U-17 millisində çıxış etmiş Lokilo karyerası ərzində “Sparta”dan başqa “Donasktr” (İngiltərə), “Loryan” (Fransa), “Qurnik” (Polşa), ”İstanbulspor” (Türkiyə) kimi klubların formasını geyinib.

Faiq Tahirov

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir