İdman

“Əziz Şuşa” beynəlxalq velosiped yarışının ikinci mərhələsinin qalibi məlum olub – YENİLƏNİB + FOTO

Sharing is caring!


Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş “Əziz Şuşa” beynəlxalq velosiped yarışının ikinci mərhələsinə yekun vurulub.

AZƏRTAC xəbər verir ki, Qəbələ Rayon İcra Hakimiyyətinin qarşısından başlayan yarış eyni məkanda başa çatıb.

İdmançılar Qəbələ – Şəki – Qəbələ marşrutu üzrə 176,2 kilometr məsafə qət ediblər. Gərgin idman mübarizəsi şəraitində keçən yarışda niderlandlı Şurmans Luk qalib olub. Bolqarıstan millisinin üzvü Nikolay Genov ikinci, Çin idmançısı Julyen Traeryu isə üçüncü yeri tutub.

İlk iki turdan sonra ümumi reytinqə başçılıq edən bolqarıstanlı Martin Papanov sarı formanı özündə saxlayıb.

Qeyd edək ki, Bakıdan Şamaxıya 150 kilometr məsafənin olduğu birinci mərhələni Bolqarıstan millisinin üzvü Martin Papanov qazanıb. İyunun 9-da isə velosipedçilər Qəbələdən Gəncənin mərkəzinədək 170 kilometr yol qət edəcəklər.

10:39

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş “Əziz Şuşa” beynəlxalq velosiped yarışının ikinci mərhələsi start götürüb.

“Report”un məlumatına görə, velosipedçilər bu dəfə Qəbələ İcra Hakimiyyətinin qarşısından mübarizəyə başlayıblar.

İdmançılar Qəbələ – Şəki – Qəbələ marşrutu üzrə 176,2 km məsafə qət edəcəklər.

Qeyd edək ki, Bakıdan Şamaxıya 150 km məsafənin qət edildiyi birinci mərhələnin qalibi Bolqarıstan millisinin üzvü Martin Papanov olub.

08:46

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş “Əziz Şuşa” beynəlxalq velosiped yarışı davam edir.

“Report”un məlumatına görə, bu gün turnirin ikinci mərhələsi keçiriləcək.

Velosipedçilər bu dəfə Qəbələdən yarışa start verəcəklər. 14 komandanın idmançıları Qəbələ – Şəki – Qəbələ marşrutu üzrə 176,2 km məsafə qət edəcəklər.

Qeyd edək ki, Bakıdan Şamaxıya 150 km məsafənin qət edildiyi birinci mərhələnin qalibi Bolqarıstan millisinin üzvü Martin Papanov olub.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir