İdman

Azərbaycan futbolunun feyr-pley cədvəli: “Qarabağ”dan nümunə götürməli – ARAŞDIRMA

Sharing is caring!


Azərbaycan Premyer Liqasında keçən mövsümün ən intizamlı və ən intizamsız komandaları müəyyənləşib.

Oxu.Az-ın araşdırmasına görə, siyahıya “Qarabağ” liderlik edir.

Ağdam təmsilçisinin futbolçuları mövsümü qırmızı vərəqə almadan başa vurublar. Komanda 36 oyunda cəmi 60 dəfə sarı vərəqə ilə cəzalandırılıb. Bu da orta hesabla hər matçda 1,7 rəsmi xəbərdarlıq deməkdir.

“Şamaxı” da “saralanlar”ın sayı daha az olub. “Şirlər” 58 dəfə ilk rəsmi xəbərdarlıqla üzləşiblər. Lakin bu komandanın futbolçuları iki dəfə qırmızı vərəqə ilə cəzalandırılıblar. Bir halda ikinci “sarı” “qırmızı”ya çevrilibsə, digərində birbaşa futbolçu meydandan qovulub.

“Zirə” də intizamı ilə öyünə bilər. Düzdür, “qartallar” 5 dəfə qırmızı vərəqə ilə üzləşiblər, amma sarı kartların sayı 62-dir və bu, onlara ilk “3-lüy”ə daxil olmaq imkanı verir.

Mövsümün ən intizamsız komandası “Kəpəz” olub. Gəncə təmsilçisinin üzvləri 76 dəfə sarı vərəqə ilə cəzalandırılıblar. “Qırmızılar”ın ümumi sayı 9 olub və bu, ən yüksək göstəricidir.

Ayrılıqda “sarı”lara gəlincə, “Qəbələ” 84 vərəqə ilə “lider”dir.

Ümumilikdə ötən mövsüm 10 komanda 710 sarı vərəqə ilə üzləşib. “Qırmızı”ların cəmi 41 olub. Bunlardan 27-si birbaşa göstərilibsə, 14 dəfə oyunçu iki sarı vərəqəyə görə “qızarıb”.

Mövsümün ən intizamsız futbolçusu isə “Kəpəz”dən Giorgi Kantariya olub. Gürcüstanlı yarımmüdafiəçi 13 sarı, bir qırmızı (ikinci “sarı”dan – red.) vərəqə ilə cəzalandırılıb.

“Səbail”in müdafiəçisi Qustavo de Fransa ikinci (8 sarı, 2 qırmızı) ikincidir. “Sumqayıt”ın kapitanı Vüqar Mustafayev də eyni intizam göstəricisinə malikdir. Ancaq o, bu qədər vərəqəni daha çox oyunda alıb.

Azərbaycan futbolunun feyr-pley cədvəli

Sıra sayı

Komanda

Sarı vərəqələr

Qırmızı vərəqələr (ikinci “sarı”dan)

Qırmızı vərəqələr (birbaşa)

1

“Qarabağ”

60

0

0

2

“Şamaxı”

58

1

1

3

“Zirə”

62

2

3

4

“Neftçi”

74

0

2

5

“Sumqayıt”

77

1

1

6

“Turan Tovuz”

70

0

4

7

“Qəbələ”

84

2

2

8

“Səbail”

71

3

4

9

“Sabah”

78

2

4

10

“Kəpəz”

76

3

6

Faiq Tahirov

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir