İdman

Azərbaycan Premyer Liqasının qalibləri mükafatlandırılıblar – FOTO

Sharing is caring!


Azərbaycan Premyer Liqasında 2022/23 mövsümünün mükafatlandırma mərasimi keçirilib.

Oxu.Az xəbər verir ki, “Azersun Arena”da əvvəlcə “Neftçi” bürünc medallara qovuşub. Daha sonra “Sabah”a gümüş medallar təqdim edilib.

Sonda “Qarabağ” qızıl medallar və kuboka mükafatlandırılıb. 22 qolla mövsümün ən məhsuldar oyunçusu olan Ramil Şeydayev də xüsusi mükafatla təltif olunub.

Qeyd edək ki, mükafatları komandalara Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) prezidenti Rövnəq Abdullayev, Peşəkar Futbol Liqasının prezidenti Elxan Səmədov və AFFA-nın baş katibi Sərxan Hacıyev təqdim ediblər.

Faiq Tahirov

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir