İdman

Sabiq komanda yoldaşı Mahir Emrelini bəyənmir: “15 matçda cəmi iki qol vura bilib”

Sharing is caring!


Polşanın “Legiya” klubunun futbolçusu Tomaş Pekxart sabiq komanda yoldaşı Mahir Emreli barədə danışıb.

Çexiyalı hücumçu Azərbaycan millisinin forvardının ölkə çempionatında qeyri-məhsuldar çıxış etdiyini qeyd edib:

“Mahir Emreli sürətli oyunçu olsa da, liqada 15 matçda cəmi iki qol vura bilib. Əsasən avrokuboklarda fərqlənirdi. Amma orada oyun başqa cürdür. Çünki elə turnirlərdə hücumçunun daha çox yeri olur. Rəqiblər topu tez-tez saxlayır və əks-hücumlarda fərqlənmək, həmçinin, müdafiəçilərin arxasına ötürmə vermək şansı yaranır”.

M.Emreli 2021/2022 mövsümünün ilk yarısında Varşava təmsilçisində çıxış edib. 26 yaşlı futbolçu 33 qarşılaşmada 11 qola imza atıb. Hazırda müqavilə ilə “Dinamo”ya (Zaqreb, Xorvatiya) məxsus olan Emreli icarə əsasında Türkiyədə “Konyaspor”un formasını geyinir.

Mənbə: legia.net

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir