İdman

“Barselona”nın prezidenti: “Messini qaytarmaq üçün əlimizdən gələni edəcəyik”

Sharing is caring!


“Barselona”nın prezidenti Xuan Laporta argentinalı hücumçu Lionel Messinin Kataloniya klubuna mümkün qayıdışı barədə danışıb.

“Messini “Barselona”ya qaytarmaq üçün əlimizdən gələni edəcəyik”, – deyə Laporta bildirib.

Klub rəhbəri artıq növbəti mövsümün heyətini formalaşdırmaqla bağlı işlərin getdiyini və komandanı gücləndirməyə çalışacaqlarını əlavə edib.

Messi “Barsa”nın bu məsələni mövsümün sonuna qədər bitirməsini istəyir. Ancaq klub argentinalını geri qaytarmaq üçün maaş büdcəsini təxminən 200 milyon avro azaltmalıdır.

PSJ Səudiyyə Ərəbistanına icazəsiz səfərindən sonra Messi ilə yolları ayırmaq niyyətindədir. Forvard 2021-ci ildə uzun illər formasını geyindiyi “Barselona”dan ayrılıb və azad agent kimi Paris klubuna üz tutub.

Mənbə: Daily Mail

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir