İdman

“Beşiktaş” ulduz oyunçusunu Bakıya gətirməyəcək

Sharing is caring!


“Beşiktaş” futbolçusu Raşid Gezzalı “Sabah”a qarşı yoldaşlıq oyunu üçün Bakıya gətirməyəcək.

Buna vingerin zədədən sonra hələ ki, məşqlərə başlamaması səbəb olub. Baş məşqçi Şenol Güneş əlcəzairli oyunçunu heyətə daxil etməyib.

Gezzalın mayın 21-də “Adana Demirspor”la matçda meydana çıxacağı gözlənilir.

Qeyd edək ki, Türkiyədə zəlzələdən zərər çəkən insanlara xeyriyyə məqsədilə keçiriləcək matç mayın 13-də Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunacaq. Qarşılaşma saat 18:00-da start götürəcək.

Mənbə: TRT Spor

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir