İdman

AFFA-da iclas: Elita təmsilçilərinin tələbi nəzərə alındı

Sharing is caring!


AFFA Klublar Komitəsinin iclası keçirilib.

Oxu.Az xəbər verir ki, toplantıda Azərbaycan Premyer Liqası klublarının nümayəndələri, AFFA-nın baş katibi Sərxan Hacıyev, Peşəkar Futbol Liqasının prezidenti Elxan Səmədov və vitse-prezidenti Aslan Şahgəldiyev iştirak ediblər.

Diqqət çəkən məqamlardan biri AFFA-nın prezidenti Rövnəq Abdullayevin də iclasa qatılması olub. O, klubların çağırışını qəbul edərək, toplantıya qatılıb.

Toplantıda bir sıra məsələlər müzakirə olunub. Əldə etdiyimiz məlumata görə, əsas müzakirə mövzusu AFFA İcraiyyə Komitəsinin dövlət tərəfindən klublara ayrılan üç milyon manatdan legionerlərə xərclənməsinə qadağa qoymaq planı olub. Klublar Komitəsinin ötən iclasda yaydığı bəyanat gündəmə çıxarılıb. AFFA elita təmsilçilərinin tələbini nəzərə alıb. Belə ki, həmin vəsaitdən əcnəbi oyunçulara xərclənməyə qadağa qoyulması planı ləğv edilib.

Bundan başqa, xarici komandalara oyunçu satan və ya icarəyə göndərən klublara 150 min manat ödənməsi, əks halda həmin vəsaitin kluba ayrılan ümumi maliyyədən tutulması ilə bağlı məsələ müzakirəyə çıxarılıb. Qərara alınıb ki, bununla bağlı yeni təkliflər irəli sürülsün və növbəti iclaslarda yenidən müzakirə edilsin.

Faiq Tahirov

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir