İdman

“Napoli” 33 il sonra İtaliya çempionu oldu – VİDEO

Sharing is caring!


İtaliya A Seriyasında 2022/23 mövsümünün qalibi müəyyənləşib.

Oxu.Az xəbər verir ki, “Napoli” sona 5 tur qalmış çempionluğu rəsmiləşdirib.

Luçano Spalettinin komandası buna 33-cü turda səfərdə “Udineze” ilə heç-heçə (1:1) etməklə nail olub. Neapollular 13-cü dəqiqədə Sandi Lovriçin qolu ilə hesabda geri düşsələr də, 52-ci dəqiqədə Viktor Osimhen bərabərliyi təmin edib.

Bu nəticədən sonra xallarını 80-ə çatdıran “Napoli” ən yaxın izləyicisi “Latsio” ilə fərqi 16-ya yüksəldib. Qalan 5 matçda romalıların bu fərqi aradan qaldırması mümkünsüzdür.

“Napoli” tarixində 3-cü dəfə İtaliyanın ən güclüsü olub. Klub sonuncu dəfə 33 il əvvəl – 1989/90 mövsümündə ölkə çempionu olmağı bacarmışdı.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir