İdman

“Beşiktaş” Bakıda hansı stadionda oynayacaq? – YENİLƏNİB

Sharing is caring!


“Sabah” – “Beşiktaş” xeyriyyə oyununun keçiriləcəyi stadion müəyyənləşib.

Oxu.Az saytının əldə etdiyi məlumata görə, mayın 13-də baş tutacaq matç Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunacaq.

Qarşılaşmanın saat neçədə başlayacağı hələlik dəqiqləşməyib.

13:20

“Qalatasaray”dan sonra daha bir İstanbul nəhəngi Bakıya gələcək.

Oxu.Az saytının əldə etdiyi məlumata görə, “Beşiktaş” Azərbaycan paytaxtında matç keçirəcək. “Qara qartal”ın mayın ilk yarısında Bakıya gəlib “Sabah”la xeyriyyə oyunu keçirəcəyi dəqiqləşib. Hələlik konkret tarix tam bilinmir.

Əldə etdiyimiz məlumata görə, matçın mayın 13-də keçirilməsi planlaşdırılır. Müzakirələrdə əsas tarix məhz həmin gün götürülür. Ancaq son qərarda kiçik fərq ola bilər.

Qarşılaşmanın harada keçiriləcəyi tarix dəqiqləşəndən sonra müəyyənləşəcək. İki variant var: Bakı Olimpiya Stadionu və Tofiq Bəhramov adına Respublika Stadionu.

Xatırladaq ki, martın 26-da “Qarabağ” və “Qalatasaray” Bakı Olimpiya Stadionunda xeyriyyə oyunu keçiriblər. Matçdan əldə olunan 1 milyon manatdan artıq vəsait Türkiyədə baş verən zəlzələdən əziyyət çəkənlərə ianə edilib. “Sabah”la “Beşiktaş”ın oyunundan toplanacaq məbləğ də eyni məqsədə yönəldiləcək.

Faiq Tahirov

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir