İdman

Azərbaycan Premyer Liqası: “Qarabağ” “Neftçi”nin qonağı olacaq – AFİŞA

Sharing is caring!


Bu gün Azərbaycan Premyer Liqasında XXXII tura yekun vurulacaq.

Oxu.Az xəbər verir ki, bağlanış matçında “Neftçi” və “Qarabağ” münasibətlərinə aydınlıq gətirəcəklər. “Bakcell Arena”da keçiriləcək matç saat 20:00-da başlayacaq.

Azərbaycan derbisi öncəsi Ağdam klubu 78 xalla turnir cədvəlinə başçılıq edir. 61 xalı olan “ağ-qaralar” isə 3-cü pillədə qərarlaşıblar.

Azərbaycan Premyer Liqası

XXXII tur

2 may

20:00. “Neftçi” – “Qarabağ”

Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Pərvin Talıbov, Rəşad Əhmədov

Hakim-inspektor: Barış Şimşek

AFFA nümayəndəsi: Elgiz Abbasov

“Bakcell Arena”

Qeyd edək ki, turun əvvəlki oyunlarında “Sumqayıt” Qəbələdə “Kəpəz”ə, “Sabah” evdə “Şamaxı”ya 1:0, “Qəbələ” doğma meydanda “Səbail”ə 4:2, “Turan Tovuz” isə səfərdə “Zirə”yə 1:3 hesabı ilə qalib gəlib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir