İdman

Kevin Maqnussen: “Bakı trekində baş verəcəkləri səbirsizliklə gözləyirəm”

Sharing is caring!


“Bakı trekində baş verəcəkləri səbirsizliklə gözləyirəm”.

Oxu.Az-ın məlumatına görə, bunu “Formula-1” üzrə dünya çempionatında çıxış edən “Haas” komandasının pilotu Kevin Maqnussen Azərbaycan Qran-prisi ilə bağlı danışarkən deyib.

31 yaşlı sürücü sprint yarışında edilən yeniliklərin azarkeşlərə daha həyəcanlı təcrübə yaşadacağını söyləyib:

“Qran-prinin asan olacağını düşünmürəm və müəyyən mənada təzyiq də hiss edirəm”.

“Mclaren”in pilotu Lando Norris isə Azərbaycana texniki yeniliklərlə gəldiklərini vurğulayıb:

“Ümid edirəm ki, həftəsonunu yaxşı xallarla başa vuracağıq. Hazırkı format sprint yarışı üçün daha yaxşıdır. Biz də maksimum nəticə əldə etməyə çalışacağıq”.

Qeyd edək ki, bu gün “Formula-1”də sərbəst yürüş və sıralama turu gerçəkləşəcək. Bakıda əsas yarış aprelin 30-da baş tutacaq.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir