İdman

Azərbaycan Kuboku: “Neftçi”nin finaldakı rəqibi bəlli oldu

Sharing is caring!


Futbol üzrə Azərbaycan Kubokunda ikinci finalçı bəlli olub.

Oxu.Az-ın məlumatına görə, yarımfinal mərhələsinin cavab oyununda Bakıda “Səbail”ə 1:0 hesabı ilə qalib gələn “Qəbələ” tarixində 5-ci dəfə həlledici görüşə vəsiqə qazanıb.

Qarşılaşmada yeganə qolu 49-cu dəqiqədə İsnik Alimi vurub. Albaniyalı yarımmüdafiəçi komanda yoldaşı Emin Səfərova qarşı cərimə meydançasındakı kobudluqdan sonra təyin olunan penaltini dəqiq yerinə yetirib. On bir metrlik cərimə zərbəsinə səbəb olan “dənizçilər”in müdafiəçisi Vüqar Həsənov isə ikinci sarı vərəqə ilə meydandan qovulub. Əsas vaxta əlavə olunmuş ikinci dəqiqədə Bakı klubu meydanda 9 nəfərlə qalıb. Bu dəfə Qustavo de Fransa qırmızı vərəqə ilə cəzalandırılıb. Cəmi 2 dəqiqə sonra isə “Səbail”in müdafiəçisi Adil Nağıyev ikinci rəsmi xəbərdarlığı alaraq meydanı tərk edib.

Beləliklə, Qəbələdəki ilk oyunda 3:2 hesabı ilə qalib gələn əyalət təmsilçisi iki görüşün nəticəsinə əsasən finalda “Neftçi”yə rəqib olub. Həlledici qarşılaşma iyunun 3-də “Bakcell Arena”da keçiriləcək.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir