İdman

Renat Dadaşov qol vurdu, komandası qalib gəldi – VİDEO

Sharing is caring!


İsveçrə Super Liqasında 29-cu turun oyunları keçirilir.

Oxu.Az xəbər cerir ki, Azərbaycan milli komandasının hücumçusu Renat Dadaşovun çıxış etdiyi “Qrasshopper” səfərdə “Vintertur”un qonağı olub. Qarşılaşma qonaqların qələbəsi ilə başa çatıb – 2:1.

Renat Dadaşov matçda start heyətdə başlayıb və 90 dəqiqə meydanda qalıb. Renat komandasının ikinci qolunun müəllifi olub. 45+1-ci dəqiqədə fərqlənən 23 yaşlı forvard hesabı 2:0 edib. Bu, Renatın mövsümdə 7-ci qoludur.

Xallarını 37-yə yüksəldən “Qrasshopper” turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir