İdman

“Liverpul” autsayderə çətinliklə qalib gəldi – VİDEO

Sharing is caring!


İngiltərə Premyer Liqasında XXXII tur davam edir.

Oxu.Az xəbər verir ki, “Liverpul” öz meydanında autsayderlər sırasında qərarlaşan “Nottinqem”lə üz-üzə gəlib.

Beş qolun vurulduğu matç Mersisayd klubunun 3:2 hesablı qələbəsi ilə başa çatıb.

Dioqu Jotanın dubl etdiyi matçda “Liverpul”un digər qolunu Məhəmməd Salah vurub. “Nottinqem”in heyətində Neko Uillyams və Morqan Gibs-Uayt fərqləniblər.

“Liverpul” hazırda 50 xalla 7-ci pillədədir. “Nottinqem” isə 27 xalla sondan ikinci – 19-cudur.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir