İdman

Premyer Liqa: “Neftçi” və “Sabah”ın səfər sınağı – AFİŞA

Sharing is caring!


Azərbaycan Premyer Liqasında XXXI tur davam edir.

Oxu.Az xəbər verir ki, bu gün daha iki oyun keçiriləcək.

Əvvəlcə “Turan Tovuz” “Sabah”ı qəbul edəcək. Hazırda meydan sahibləri 29 xalla 6-cı, qonaqlar isə 68 xalla 2-ci pillədə qərarlaşıblar.

Günün son oyununda “Neftçi” “Səbail”in qonağı olacaq. “Ağ-qaralar” 60 xalla 3-cü “dənizçilər” isə 21 xalla sonuncu – 10-cu sırada yer alıblar.

Azərbaycan Premyer Liqası

XXXI tur

22 aprel (şənbə)

16:00. “Turan Tovuz” – “Sabah”

Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Zöhrab Abbasov, Rövşən Rəcəbov

Hakim-inspektor: Asim Xudiyev

AFFA nümayəndəsi: Əsgər Əmirəliyev

Tovuz şəhər stadionu.

18:30. “Səbail” – “Neftçi”

Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Teymur Teymurov, Emin Əliyev

Hakim-inspektor: Vüsal Əliyev

AFFA nümayəndəsi: Ramiz Mustafayev

“ASCO Arena”.

Qeyd edək ki, XXXI turun əvvəlki oyunlarında “Şamaxı” evdə “Kəpəz”lə 1:1, “Qarabağ” “Zirə” ilə 2:2 hesablı heç-heçə edib. Tura sabah keçiriləcək “Sumqayıt” – “Qəbələ” matçı ilə yekun vurulacaq.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir