İdman

Konfrans Liqası: “Fiorentina” uduzub, “AZ Alkmaar” isə revanşı alıb yarımfinala çıxdı

Sharing is caring!


UEFA Konfrans Liqasında 1/4 final mərhələsinin cavab oyunları keçirilir.

Oxu.Az-ın məlumatına görə, cavab oyunlarından sonra yarımfinalın iştirakçıları müəyyənləşəcək.

Görüşlərdən ikisi Bakı vaxtı ilə saat 20:45-də, digər ikisi isə saat 23:00-da başlayıb.

“Fiorentina” ilk matçda darmadağın etdiyi Polşa “Lex”i ilə bu dəfə İtaliyada qarşılaşıb. Florensiyalılar 2:3 uduzsalar da, ümumi hesabda 6:4 üstün olublar və yarımfinala yüksəliblər.

“AZ Alkmaar” Belçikada “Anderlext”ə 0:2 hesablı məğlubiyyətin əvəzini Niderlandda çıxmağı bacarıb. Matçın əsas vaxtı 2:0 hesabı ilə başa çatıb. Əlavə vaxtda qol vurulmayınca penaltilər seriyasına ehtiyac duyulub. Burada daha dəqiq olan niderlandlılar mərhələ keçiblər.

Pley-offda “Qarabağ”ı mübarizədən kənarlaşdıran Belçika “Gent”i İngiltərədə “Vest Hem”in qonağı olub. Rəqibini darmadağın edən ingilislər yarımfinala yüksəliblər.

UEFA Konfrans Liqası 1/4 final, cavab oyunları

13 aprel

“Fiorentina” (İtaliya) – “Lex” (Polşa) – 2:3
Qollar:
Sottil, 78, Kastrovilli, 90+2 – A,Souza, 9, Velde, 65, Sobiex, 69
İlk oyun – 4:1

“AZ Alkmaar” (Niderland) – “Anderlext” (Belçika) – 2:0 (penaltilər – 4:1)
Qollar:
Pavlidis, 5, 13
İlk oyun – 0:2

“Vest Hem” (İngiltərə) – “Gent” (Belçika) – 4:1
Qollar
: M.Antonio, 37, 63, Paketa, 55, Rays, 58 – Kuypers, 26
İlk oyun – 1:1

“Nitsa” (Fransa) – “Bazel” (İsveçrə) – 1:2 (əlavə vaxtda)
Qollar
: Laborde, 9 – Auqustin, 86, Adams, 98

İlk oyun – 2:2

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir